AZ

Arxangelskdə 228 karatlıq nəhəng almaz TAPILDI

Arxangelskdə 228 karatlıq nəhəng almaz tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Arxangelsk vilayətindəki yataqlardan birində çəkisi 228 karat olan nadir almaz hasil edilib.

Qiymətli daşın ölçüsü və keyfiyyəti mütəxəssislər tərəfindən olduqca yüksək qiymətləndirilib.

İlkin hesablamalara görə, belə bir almazın bazar dəyəri təxminən 22 milyon dollar (təxminən 37 milyon 400 min manat) və ya 1,7 milyard rubl təşkil edə bilər.

Bu tapıntı bölgənin mədənçıxarma tarixində hasil edilən ən böyük və qiymətli daşlardan biri hesab olunur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
28
interpress.az

1Mənbələr