Türkiyənin “Fənərbağça” klubunda ciddi itki qeydə alınıb.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisinin kapitanı Milan Şkrinyar zədələnib. UEFA Avropa Liqasının pley-off mərhələsində “Nottingem Forest”lə oyunda (0:3) xəsarət alan 31 yaşlı futbolçu təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.
Şkrinyar bu mövsüm “Fənərbağça”nın heyətində 35 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.