Prezident Vladimir Zelenski bildirib ki, Ukrayna Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə son qoymaq üçün “kompromislərə” hazırdır, lakin müstəqilliyini və suverenliyini itirmək bahasına deyil.
O, bu açıqlamanı Cənubi Koreyanın “Kyodo News” xəbər agentliyinə verdiyi müsahibədə verib. “Biz ABŞ-la kompromisləri müzakirə etməyə hazırıq. Lakin ruslardan təkrarlanan ultimatumlar almağa hazır deyilik. Onlar təcavüzkardırlar. Bunu hamı etiraf edib. Bu dəyişməyib”, – deyə prezident bildirib.
Zelenski bildirib ki, müharibənin əvvəlindən vasitəçilik edən və ya vasitəçilik etməyə cəhd edən bir çox ölkə, xüsusən də Yaxın Şərq və Asiyada, eləcə də digər dövlətlərdə Rusiyanın təcavüzkar olduğunu qəbul edir. Onun sözlərinə görə, Ukraynanın təcavüzkarla kompromislər barədə müzakirələri artıq özü bir kompromisdir.
Zelenski qeyd edib ki, Rusiya ordusu Ukrayna ərazisinin təxminən 20%-ni ələ keçirib. Kiyev isə “yerimizdə dayanırıq” prinsipinə əsaslanaraq indi sülh haqqında danışmağa hazırdır. “Bu, böyük bir kompromisdir. Rusiya bizə kompromis olaraq nə təklif edir? Onlar nə etməyə hazırdırlar? Dedilər ki, ‘Biz sizin digər bölgələrinizi işğal etməyəcəyik”. Amma bu, terrorizmdir. Hətta bu sözlər də terrorizmdir. “Biz sizi öldürməyəcəyəyik, amma hər şeyi bizə verin”. Bu nə deməkdir? Bu, kompromis deyil. Bu, ultimatumdur”, – deyə prezident vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Ukrayna ultimatumlara hazır deyil.
//Samir Qurbanov, Editor.az