AZ

"Onların əlaqəli olduqları agent və casus şəbəkələri ifşa edilib" - Deputat

"Regionda yeni qarşıdurma ocaqlarının yaranmasına cəhdlər artır və Azərbaycanın yerləşdiyi bölgədə sülhdə qətiyyən maraqlı olmayan Ermənistanın havadarları fəaliyyətlərini daha da aktivləşdirirlər".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Sahib Alıyev bildirdi.

Onun sözlərinə görə, 2020-ci ildən sonrakı reallıqlardan istifadə edərək dövlətimizi və bu mürəkkəb dövrdə millətimizin adını tarixə qızıl hərflərlə yazan liderimizi hədəf almağa, ona böhtan atmağa çalışırlar:

"Həmçinin avropalıların maliyyə dəstəyi ilə hərəkət edən və dövlətimizin əleyhinə çıxış etməyə təşviq olunan şəxslər bilməlidirlər ki, müxtəlif vaxtlarda onların əlaqəli olduqları agent və casus şəbəkələri ifşa edilib. Dövlət müvafiq sübutları ortaya qoyaraq həmin havadarların fəaliyyətini də ifşa edir və qanun çərçivəsində lazımi tədbirlər görür".

Nuriyyə NATİQQIZI

 

Seçilən
75
1
redaktor.az

2Mənbələr