AZ

Fərhad Abdullayev: Ədalət mühakiməsində süni intellektdən istifadə qaçılmazdır

BAKI, 20 fevral. TELEQRAF

"Süni intellekt artıq bir çox sahədə inkişaf edərək insan faktorunu da geri qoyub".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Hakimlərinin II Forumunda deyib.

"Ədalət mühakiməsində süni intellektin müdaxilə etməsi qaçılmazdır. Düşünürəm ki, hər birimiz ondan səmərəli istifadə etməliyik. Müasir dövrün reallıqları, qlobal miqyasda baş verən sosial-iqtisadi dəyişikliklər, sürətlə inkişaf edən rəqəmsallaşma, yeni texnologiyaların, xüsusilə də süni intellektin tətbiqi məhkəmə sistemlərindən daim adaptasiya olunmağı, yeni yanaşmaları tətbiq etməyi tələb edir", - Fərhad Abdullayev qeyd edib.

Seçilən
32
teleqraf.com

1Mənbələr