AZ

Şahzadə Endryu sərbəst buraxıldı İstintaq davam edir

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Böyük Britaniya kralı Kral III Çarlzın kiçik qardaşı, keçmiş şahzadə Şahzadə Endryu fevralın 19-da amerikalı maliyyəçi Ceffri Epşteynlə bağlı istintaq çərçivəsində saxlanılıb.

Məlumata görə, Endryu 12 saat polis nəzarətində qaldıqdan sonra sərbəst buraxılıb. Onunla bağlı araşdırmalar isə davam edir.

Fevralın əvvəlində Epşteyn işi üzrə dərc olunmuş sənədlərdə adı keçən yüksək vəzifəli britaniyalılarla bağlı yeni ittihamların araşdırılması üçün xüsusi koordinasiya qrupunun yaradıldığı açıqlanmışdı. Sənədlərdə vaxtilə Böyük Britaniyanın ticarət nümayəndəsi vəzifəsini tutmuş  Endryunun Epşteynə məxfi materiallar ötürdüyü iddia olunurdu.

Epşteynlə Endryu arasındakı əlaqələrin yenidən gündəmə gəlməsi mərhum Virciniya Cüffrenin xatirə kitabının nəşrindən sonra baş verib. 2025-ci ilin aprelində intihar edən Cüffre “Nobody's Girl” (“Heç kimin qızı”) adlı kitabında Endryu ilə üç dəfə intim münasibətdə olduğunu iddia edib.

Onun sözlərinə görə, ilk epizod 2001-ci ildə Londonda Maksvelin evində baş verib. "The Guardian" yazıb ki, həmin vaxt Cüffrenin 17 yaşı olub və Endryu bundan xəbərdar idi.

Bundan əvvəl "Daily Mail" Endryu ilə Cüffrenin birgə fotosunu dərc etmişdi. Fotoda şahzadə qızın belindən tutmuş vəziyyətdə görünür.

Qalmaqaldan sonra Endryu kral ailəsi üzvü kimi tutduğu Böyük Britaniyanın beynəlxalq ticarət və investisiyalar üzrə xüsusi nümayəndəsi vəzifəsini tərk etməyə məcbur olmuşdu. Daha sonra Kral III Çarlz onu titullar və fəxri adlardan məhrum edib, həmçinin kral iqamətgahından köçürülməsi barədə göstəriş verib.

Endryunun saxlanılmasından sonra monarx istintaqa dəstəyini ifadə edib, qardaşının hərəkətlərindən narahatlığını bildirib və araşdırmaya tam əməkdaşlıq ediləcəyini vəd edib.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
azpolitika.info

1Mənbələr