İngiltərədə Ceffri Epşteyn cinsi cinayətkar qalmaqalında iştirakına görə İngiltərə Kralı Çarlzın qardaşı Şahzadə Endryu cümə axşamı günü polis tərəfindən bir neçə saat saxlanılıb.
“Cebheinfo.az” xəbər verir ki, polis səhər saxlanılan Endryu Mauntbatten-Vindzorun axşam "şərti olaraq" sərbəst buraxıldığını açıqlayıb.
Britaniya mediası həmçinin Kral Çarlzın qardaşı Endryu polis bölməsini tərk etdiyini bildirib.Temza vadisi polis qüvvələri günün əvvəlində əsl adı Endryu Mauntbatten-Vindzor olan keçmiş Şahzadə Endryu "qanun pozuntusu" ittihamı ilə saxlanıldığını açıqlayıb.
Kral ailəsinin üzvünün saxlanılması müasir Britaniya tarixində görünməmiş hal hesab olunur və polis istintaq çərçivəsində İngiltərənin şərqində və Londonun qərbində iki mülkdə axtarış apardıqlarını da açıqlayıb.
Saxlanma Endryunun 66-cı doğum gününə təsadüf edib. Polis bildirib ki, keçmiş şahzadənin 2010-cu ildə Epsteynə "işgüzar hesabatlar" göndərməsi ilə bağlı iddiaları araşdırır.
Endryu ABŞ Ədliyyə Nazirliyi Epsteynin sənədləri ilə bağlı təxminən 3 milyon sənədi dərc etdikdən sonra monarxiya əleyhinə olan Respublika adlı qrup tərəfindən polisə şikayət edilib.
“Reuters”in məlumatına görə, araşdırılan sənədlər Endryunun Vyetnam, Sinqapur və digər ölkələrə rəsmi səfərləri ilə bağlıdır.
Kral Çarlzın qardaşı Endryu, Epsteyn qalmaqalı səbəbindən ötən il Kral Çarlz tərəfindən bütün titulları və vəzifələri əlindən alınıb. ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan yeni sənədlərdə zərərçəkmiş bir şəxs 2010-cu ildə Kral Lojasında Endryu ilə cinsi əlaqəyə məcbur edildiyini iddia edir.
Allan müxtəlif media orqanlarına verdiyi açıqlamada bildirib ki, "Yeni komandanın formalaşmasına imkan vermək üçün istefa vermək qərarına gəldim".
Bir gün əvvəl Starmerin aparat rəhbəri Morqan MakSvini də istefa verib və Mandelsonun Vaşinqtona səfir təyin olunması ilə bağlı Baş nazirə verdiyi tövsiyəyə görə "tam məsuliyyəti" öz üzərinə götürdüyünü bildirib. MakSvini deyib: "Piter Mandelsonun təyin edilməsi səhv idi".
Endryu ittihamları rədd etsə də, illər ərzində bütün rəsmi vəzifələrini itirib və nəticədə Vindzordakı Kral Lojasından çıxarılaraq Sandrinqemdəki iqamətgaha köçüb.
Məlumata görə, köçürmə xərcləri Kral Çarlzın şəxsi büdcəsi hesabına ödənilib.