AZ

Epşteynin Putinlə bağlı müəmmalı addımı: 12 il əvvəl nələr yaşanıb?

"Amerikalı maliyyəçi Ceffri Epşteyn bir neçə ildir ki, Rusiya Prezidenti Vladimir Putinlə maliyyə bazarlarını müzakirə etmək üçün görüş təşkil etməyə çalışırdı".

Globalinfo.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat yayıb.

"2014-cü ilin oktyabr ayında Epşteyn bir əməkdaşından elektron poçt alıb. Mesajda görüşün təşkilində kömək təklif olunurdu. Məktubda həmsöhbətin Putinlə məsələni müzakirə etdiyi və ortaq məxrəc tapa biləcəklərinə əminlik ifadə etdiyi iddia edilirdi. Həmçinin qeyd olunurdu ki, Rusiya lideri görüş zamanı 21-ci əsrin maliyyə bazarları, rəqəmsal valyutalar və törəmələri müzakirə etməkdən məmnun olacaq", - deyə bildirilib.

Agentlik qeyd edib ki, Epşteyn keçmiş "Goldman Sachs"ın baş müşaviri Keti Rummler ilə məsləhətləşdikdən sonra həmin vaxt görüşdən imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
1
olaylar.az

2Mənbələr