AZ

ABŞ-nin ticarət kəsiri 2025-ci ildə rekord həddə çatıb

Bakı, 20 fevral, AZƏRTAC

ABŞ-nin ticarət kəsiri 2025-ci ildə rekord həddə - 1,24 trilyon dollara çatıb ki, bu da öncəki illə müqayisədə 2,1 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, ABŞ-nin İqtisadi Təhlil Bürosunun açıqladığı məlumata görə, 2025-ci ildə Birləşmiş Ştatların ixrac və idxalının illik dəyəri müvafiq olaraq 2,19 trilyon dollar və 3,43 trilyon dollar təşkil edib. Əsas ticarət tərəfdaşları arasında ABŞ-nin Avropa İttifaqı ilə ticarət kəsiri 17,12 milyard dollar azalıb, Meksika və Vyetnamla ticarət kəsiri isə müvafiq olaraq 25,42 milyard dollar və 54,73 milyard dollar artıb.

Eyni zamanda, ABŞ-nin xidmət ticarətində profisiti 2025-ci ildə 339,47 milyard dollar olub ki, bu da öncəki illə müqayisədə 27,6 milyard dollar (8,85 faiz) çoxdur.

Seçilən
68
2
azertag.az

3Mənbələr