AZ

Salome Zurabişvili: "Gürcüstan Rusiya tərəfindən zəbt edilib" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili "Euronews" telekanalına verdiyi müsahibədə ölkədəki mövcud siyasi vəziyyəti və regional təhlükəsizlik məsələlərini kəskin tənqid edib. O, Gürcüstanın hazırkı kursunun ölkəni Avropa yolundan uzaqlaşdırdığını vurğulayıb.

"Rusiya modeli hərbi müdaxilədən daha ucuz başa gəlir"

Zurabişvilinin sözlərinə görə, Gürcüstan dövlət təsisatları səviyyəsində Rusiyanın təsir dairəsinə düşüb: "Biz Rusiya tərəfindən zəbt edilmiş bir dövlətik. Hazırda ölkədə Rusiya modeli sürətlə tətbiq olunur. Bu, Rusiya üçün Ukraynaya hərbi müdaxilədən qat-qat ucuz başa gəlir. Bu, institutların ələ keçirilməsi deməkdir, lakin bizim mübarizə aparan güclü vətəndaş cəmiyyətimiz var".

Sabiq prezident Avropanın Gürcüstana daha çox diqqət və mənəvi dəstək göstərməsinin vacibliyini qeyd edərək, bunun təkcə Gürcüstan üçün deyil, həm də güclü Avropa və ABŞ tərəfdaşları üçün əhəmiyyətli olduğunu bildirib.

Rusiya-Ukrayna müharibəsinin gedişatına toxunan Zurabişvili qeyd edib ki, sülh danışıqlarının əsas şərti Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr