AZ

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 14-ci tura yekun vurulacaq

Bu gün voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasında 14-cü tura yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, iki qarşılaşma keçiriləcək.

Günün açılış qarşılaşması Tovuz şəhərində baş tutacaq. “Turan” və UNEC komandaları saat 14:00-da Tovuz Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər.

Digər görüş isə saat 17:00-a planlaşdırılıb. “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” kollektivləri “Murov Az Terminal”ın idman zalında münasibətlərinə aydınlıq gətirəcəklər.

İdman.Biz
Seçilən
29
idman.biz

1Mənbələr