AZ

Rodriqes siyasi məhbuslar üçün əfv qanunu imzaladı


Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes Milli Assambleya (parlament) tərəfindən qəbul edilmiş Demokratik Birgə Yaşamaq üçün Amnistiya Qanununu imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Venezolana de Television” telekanalında bildirib.
Amnistiya qanunu 1 yanvar 1999-cu ildən 2026-cı ilə qədər məhkum edilmiş siyasi məhbusları əhatə edəcək. Bəşəriyyətə qarşı ağır cinayətlərə, insan hüquqlarının pozulmasına, qəsdən adam öldürməyə, korrupsiya və narkotik qaçaqmalçılığına görə məhkum edilmiş məhbuslar əfvdən yararlana bilməyəcəklər.
Qanun “Rəsmi Qəzet”də dərc edildikdən sonra qüvvəyə minəcək.
Seçilən
42
yeniavaz.com

1Mənbələr