AZ

Hakan Fidandan vacib açıqlama: Qüvvələrimiz bölgəyə girməyə hazırdır

Vaşinqtonda keçirilən Qəzza Sülh Şurasının iclasında iştirak edən Türkiyənin xarici işlər naziri Hakan Fidan cari hadisələrlə bağlı açıqlamalar verib.

Publika.az Türkiyə mediasına istinadənxəbər verir ki, Fidan Türkiyənin Qəzzanın yenidən qurulması və təhlükəsizliyi üçün bütün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bildirib.

"Humanitar yardım və Qəzzanın idarə olunması kimi bütün bu sahələrdə hər cür töhfə verməyə hazırıq. Tərəflər razılığa gələrsə, prezidentimizin Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə (ISF) əsgər göndərmək planı da var”, - o qeyd edib.

Türkiyənin bölgə üçün humanitar yardım layihələrinə toxunan Fidan, ilk mərhələdə 20 min konteyner göndərməyi planlaşdırdıqlarını vurğulayıb.

O, həmçinin Qəzzada təhlükəsizliyi təmin etmək üçün yerli polis qüvvəsinin yaradılacağını və onların təlimlərinə dəstək olacaqlarını bildirib.

Seçilən
85
publika.az

1Mənbələr