ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
"Neftçi" futbol klubunun məşqçisi qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 18-də, paytaxtın 20 Yanvar dairəsində baş verib. Bu barədə futbol klubunun məşqçisi Babək Həsənov redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. O bildirir ki, idarə etdiyi avtomobillə 20 Yanvar dairəsində hərəkətdə olan zaman, 90-KC-160 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü onun avtomobilini vuraraq hadisə yerindən yayınıb. Zərərçəkmiş sürücü qəza törədən avtomobili dayandırmağa çalışsa da, bu, mümkünsüz olub.
Qeyd edək ki, sürücü Babək Həsənov hadisə ilə bağlı Dövlət Yol Polisi İdarəsinə rəsmi ərizə ilə şikayət ünvanlayıb.
Ümid edirik ki, həmin sürücü tez bir zamanda tapılacaq və dəymiş maddi zərərin əvəzi ödəniləcək.
Fərid




Oxunub 124
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.