AZ

İlham Əliyevin həyatına su-qəsd cəhdi - Xainlər hər yola əl atır

Xəbər verdiyimiz kimi, xaricdə yaşayan bir neçə anti-azərbaycanlı ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin Vaşinqtonda qaldığı hotelə zorla daxil olmaq istəyib.

Missiya.Az xəbər verir ki, məlumata görə, onlar kifayət qədər qeyri-etik davranışları ilə diqqəti cəlb edərək və öz mənəviyyatlarına uyğun çirkin ifadələr işlətməklə təhlükəsizlik kordonunu yarmağa cəhd göstəriblər. 

Prezidentin Təhlükəsizlik Xidməti ABŞ polisi ilə birgə həmin ünsürlərin qarşısını alıb.

Bu hadisə sıradan bir etiraz aksiyası hesab olunmamalıdır. Kifayət qədər ciddi faktdır. Diqqət edək:

Söhbət Prezidentin qaldığı hotelin qarşısında bir neçə nəfərin aksiya keçirmək cəhdindən getmir. Söhbət birmənalı olaraq Prezidentin qaldığı hotelə soxulmaq cəhdindən gedir. Burada təxribatçıların hotelə girib Prezidentlə söhbət etmək istəyində olmasını düşünmək sadəlövlük olar. Onlar kifayət qədər aqressiv davranıb və söyüş müxalifətinə xas ifadələr işlədiblər. Deməli, düşünmək olar ki, həmin ünsürlərin hotelə soxulmaqda başqa məqsədləri olub. Biz hələ zərərsizləşdirmənin detalları barədə ətraflı bilgiyə sahib deyilik. Bəlkə də hotelə aqressiv formada soxulmağa çalışanların üzərində insan həyatı üçün təhlükə yaradacaq əşyalar, partlayış törədəcək xüsusi bir maddə də olub. Detalları bilmirik... Lakin həmin o xainlərin davanışı, Prezidentin qaldığı hotelə soxulmaq cəhdi dövlət başçısının həyatına təhlükə yaratmaq məqsədi güdüldüyü ehtimalına da aktuallıq qazandırır. Daha açıq deyək: sözügedən hadisə Prezidentin həyatına sui-qəsd kimi də qiymətləndirilə bilər.

İlham Əliyevin özü və ailəsi xeyli müddətdir ki, mənəvi terrorla üz-üzədir. Çirkin kampaniyalarına Azərbaycan xalqından dəstək ala bilməyən xainlərin fiziki terrora da əl ata biləcəkləri istisna olunmamalıdır.

Yeri gəlmişkən, ABŞ-nin 40-cı Prezidenti Ronald Reyqana da 1981-ci ildə Vaşinqtondakı hotellərin birində sui-qəsd həyata keçirilmişdi...

Seçilən
66
missiya.az

1Mənbələr