AZ

AK Rusiya neftini daşıyan tankerlərin müsadirəsinə zəmin hazırlayır

AK Rusiya neftini daşıyan tankerlərin müsadirəsinə zəmin hazırlayır

Avropa Komissiyası Rusiyaya qarşı hazırladığı 20-ci sanksiya paketi çərçivəsində Rusiya nefti daşıyan tankerlərin dənizdə saxlanılması və ələ keçirilməsi üçün hüquqi bazanın yaradılması üzərində işləyir.

AFN.az xəbər verir ki, bu barədə TASS diplomatik mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, bu təşəbbüs Avropa İttifaqına üzv olan bir sıra ölkələrdə, xüsusən dəniz ticarəti ilə sıx bağlı olan dövlətlərdə ciddi narahatlıq və qorxu yaradıb.

Hazırlanan yeni qaydalar "kölgə donanması" kimi tanınan və sanksiyalardan yayınaraq Rusiya neftini daşıyan gəmilərə qarşı mübarizəni radikal şəkildə sərtləşdirməyi nəzərdə tutur. Lakin bəzi Aİ ölkələri bu addımların dəniz hüququ normaları ilə ziddiyyət təşkil edə biləcəyindən və beynəlxalq sularda birbaşa qarşıdurma riskini artıracağından ehtiyat edirlər.

Ekspertlərin fikrincə, bu mexanizmin tətbiqi qlobal enerji bazarında qiymət artımına və beynəlxalq yükdaşımalarda ciddi fəsadlara yol aça bilər. Hazırda 20-ci sanksiya paketi ətrafında müzakirələr Brüsseldə gərgin şəkildə davam edir.

Seçilən
36
afn.az

1Mənbələr