AZ

“Liverpul” “Yuventus”un müdafiəçisi ilə maraqlanır

“Mançester Yunayted” və “Liverpul” yay transfer pəncərəsində “Yuventus”un yarımmüdafiəçisi Kefren Türam-Yulyeni mümkün müdafiəçi kimi nəzərdən keçirirlər.

İdman.Biz bu barədə TEAMtalk-a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, hər iki İngiltərə nəhəngi 24 yaşlı futbolçunun Turin klubu ilə yeni uzunmüddətli müqavilə imzalamaq ehtimalının yüksək olduğunu da bilir. “Yuventus” fransız futbolçunu “komandanın növbəti dövrünün təməl daşı” hesab edir.

Bu mövsüm Türam-Yulien bütün yarışlarda 32 oyunda meydana çıxıb, iki qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 40 milyon avrodur.

İdman.Biz
Seçilən
56
1
idman.biz

2Mənbələr