ain.az, Idman.biz portalına istinadən məlumat yayır.
Ağır çəkidə keçmiş mütləq dünya çempionu boksçu Aleksandr Usik karyerasını başa vuracağı dəqiq tarixi bildiyini açıqlayıb.
İdman.Biz-in məlumatına görə, o, bu barədə özünün promouter şirkəti “Usyk 17 Promotions”a verdiyi müsahibədə deyib.
“Rinqdən nə vaxt ayrılacağımın dəqiq tarixini bilirəm. Növbəti nəsil varisləri hazırlayıram, onların da əli yuxarıda olacaq və biz bu işdə kömək edəcəyik”, - Usık bildirib.
Usık peşəkar karyerasında 24 qələbə qazanıb ki, bunlardan 15-i erkən olub və heç bir məğlubiyyəti yoxdur. O, peşəkar debütünü 2013-cü ilin noyabr ayında edib.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.