AZ

İranda hərbi təyyarə qəzaya uğradı

İran Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə qəzaya uğrayıb.

Publika.az "Tabnak" qəzetinə istinadla xəbər verir ki, hadisə Həmədan əyalətində, gecə təlim uçuşu zamanı baş verib.

Nobaran rayonundakı hadisə yerinə dərhal xilasedicilər gəlib. İki pilotdan biri həlak olub, digəri isə sağ qalıb. Hazırda qəzanın təfərrüatları və səbəbləri araşdırılır.

Hadisə ABŞ-ın İrana zərbə endirməyə hazır ola biləcəyi barədə xəbərlər fonunda baş verib.

Seçilən
33
2
publika.az

7Mənbələr