BAKI, 20 fevral. TELEQRAF
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna ordusunun xüsusi hərbi əməliyyat dövründə 1,5 milyondan çox itki verdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Baş Qərargahının Baş əməliyyat idarəsinin rəisi, Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Sergey Rudskoy “Krasnaya zvezda” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatın başlanmasından bəri Ukrayna qoşunlarının ümumi itkiləri 1,5 milyon nəfəri keçib.