AZ

İrana razılaşma bağlamaq üçün 10-15 gün vaxt verilir - Tramp

Bakı. Trend:

İranın nüvə proqramı ilə bağlı ABŞ ilə razılığa gəlməsi üçün10-15 günü var.

Trend-inməlumatına görə, bu barədə ABŞ prezidenti Donald Trampjurnalistlərə deyib.

"Düşünürəm ki, söhbət 10-15 gündən gedir. Yəqin ki, maksimummüddət budur", - deyə o bildirib.

ABŞ prezidenti bir daha xəbərdarlıq etdi ki, əgər razılaşma əldəolunmazsa, "İranın başına çox pis şeylər gələcək".

"Bu və ya digər şəkildə razılaşma əldə edəcəyik", - deyə D.Trampəlavə edib.

Seçilən
84
az.trend.az

1Mənbələr