AZ

Vyetnam 90 ədəd “Boeing” təyyarəsi alır

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Pekin, 19 fevral, AZƏRTAC

Vyetnamın “Vietnam Airlines” və “Sun PhuQuoc Airways” şirkətləri 90 ədəd “Boeing” təyyarəsinin alınması üçün istehsalçı şirkətlə müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Vaşinqtonda səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam da iştirak edib.

“Vietnam Airlines” 50 ədəd “Boeing 737 MAX”, “Sun PhuQuoc Airways” isə 40 ədəd “Boeing 787-9 Dreamliner” təyyarəsi sifariş verib. Təyyarələr aviaşirkətlərin həm yerli, həm də xarici uçuşlarında istifadə olunacaq.

Qeyd edək ki, Vyetnamın milli aviadaşıyıcısı olan “Vietnam Airlines” 19 ölkədə 65 şəhərə gündə orta hesabla 300 müntəzəm uçuş yerinə yetirir. Onun təyyarə parkında 96 hava gəmisi var.

“Sun PhuQuoc Airways” isə “Sun Group” konqlomeratı tərəfindən 2025-ci ildə istirahətyönümlü aviasiya şirkət olaraq təsis edilib. Şirkətin hazırda yalnız daxili uçuşlarda istifadə etdiyi 9 ədəd dargövdəli “Airbus” təyyarəsi var.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
82
2
azertag.az

3Mənbələr