AZ

Vyetnam 90 ədəd “Boeing” təyyarəsi alır

Yazını böyüt
Yazını kiçilt

Vyetnamın “Vietnam Airlines” və “Sun PhuQuoc Airways” şirkətləri 90 ədəd “Boeing” təyyarəsinin alınması üçün istehsalçı şirkətlə müqavilə imzalayıb.

Hafta.az xəbər verir ki, imzalanma mərasimində Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Vaşinqtonda səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam da iştirak edib.

“Vietnam Airlines” 50 ədəd “Boeing 737 MAX”, “Sun PhuQuoc Airways” isə 40 ədəd “Boeing 787-9 Dreamliner” təyyarəsi sifariş verib. Təyyarələr aviaşirkətlərin həm yerli, həm də xarici uçuşlarında istifadə olunacaq.

Qeyd edək ki, Vyetnamın milli aviadaşıyıcısı olan “Vietnam Airlines” 19 ölkədə 65 şəhərə gündə orta hesabla 300 müntəzəm uçuş yerinə yetirir. Onun təyyarə parkında 96 hava gəmisi var.

“Sun PhuQuoc Airways” isə “Sun Group” konqlomeratı tərəfindən 2025-ci ildə istirahətyönümlü aviasiya şirkət olaraq təsis edilib. Şirkətin hazırda yalnız daxili uçuşlarda istifadə etdiyi 9 ədəd dargövdəli “Airbus” təyyarəsi var.

Seçilən
48
2
hafta.az

3Mənbələr