AZ

Avropa Şurasının Antidopinq Konvensiyası 2033-cü ildə AMADA-nın fəaliyyətini qiymətləndirəcək

Avropa Şurasının Antidopinq Konvensiyası 2033-cü ildə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) fəaliyyətini qiymətləndirəcək.

Bu barədə 90deqiqe.Az-a AMADA-dan məlumat verilib.

Böyük Britaniyanın paytaxtı Londonda Birləşmiş Krallığın Antidopinq Agentliyinin (UKAD) dəstəyi ilə Avropa Şurasının Antidopinq Konvensiyasının Uyğunluq üzrə Məsləhətçi Qrupunun (T-DO COMP) və Hüquqi işlər üzrə Məsləhətçi Qrupunun (T-DO LI) iclasları keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Nəticələrin emalı və təhqiqat şöbəsinin müdiri Nicat Əmiraslanlı təmsil edib.

İclaslarda Avropa Şurasının Antidopinq Konvensiyasına tərəf olan ölkələrin həmin Konvensiyanın tələblərinə uyğunluğunun qiymətləndirilməsinə dair səfərlərin nəticələri və yeni səfərlərin tarixləri müzakirə edilib. Müzakirələrə əsasən, 2026-cı ildə Şimali Makedoniya, Türkiyə, San-Marino və Mərakeşə qiymətləndirmə səfərlərinin keçirilməsi müəyəynləşdirilib. Azərbaycanda həyata keçirilməsi planlaşdırılan səfərin tarixi bir il uzadılaraq 2033-cü ilə keçirilib.

Daha sonra qrup üzvləri 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin qəbulu ilə əlaqədar yeni antidopinq qanunvericiliyinə əlavə və dəyişikliklərlə bağlı ölkələrində görülmüş işlər, mövcud çətinliklər, antidopinq qanunvericiliyində uşaq hüquqları, yeni antidopinq qaydalarına əsasən azyaşlı idmançılara tətbiq ediləcək güzəştlər, dopinqdən istifadənin kriminallaşdırılmasına dair ölkələrdə görülmüş qanunvericilik təşəbbüsləri barədə müzakirələr aparıblar.

İclaslarda ölkəmizdə azyaşlı idmançıların test edilmə vəziyyəti, yerli antidopinq qaydalarına mövcud dəyişikliklər, eləcə də təmiz idman prinsiplərinə zidd olan "Enhanced Games" təşəbbüsü barədə Azərbaycanın mövqeyi barədə ətraflı məlumat təqdim olunub.

Seçilən
22
2
90deqiqe.az

3Mənbələr