AZ

Bəzi hallarda abituriyentlər səhvə yol verirlər, qeydiyyatdan keçmirlər DİQQƏT!

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Ötən gün həm ali təhsil müəssisələrinə qəbul imtahanlarına qeydiyyat, həm də orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb.

Bəs abituriyentlər qeydiyyat zamanı əsasən nələrə diqqət etməlidirlər? 

Redaktor.az-a danışan elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirdi ki, elektron ərizə qəbulu zamanı abituriyentlər, xüsusilə əvvəlki ilin məzunları mütləq bu ərizə qəbulunda iştirak etsinlər ki, 19 aprel tarixində keçiriləcək qəbul imtahanının birinci mərhələsinə qatıla bilsinlər:

"Cari ilin məzunları isə əgər əlavə xarici dildən imtahan verəcəklərsə, mütləq bu ərizə qəbulunda iştirak etməlidirlər. Yox, əlavə xarici dildən imtahan verməyəcəklərsə, o zaman onların ərizə qəbulunda iştirakı bir o qədər də əhəmiyyətli deyil. Amma ola bilər 11 illik bazadan orta ixtisas təhsil müəssisələrinə və yaxud 9 illik bazadan orta ixtisas təhsil müəssisələrinə sənəd vermək istəyirlər, onda mütləq onlar da müvafiq olaraq elektron ərizə qəbulunda iştirak etməlidirlər. Bəzi hallarda abituriyentlər səhvə yol verirlər, qeydiyyatdan keçmirlər: xarici dili fərqlidir, qeydiyyatdan keçmir, gözləyir ki, xarici dili fərqli bir imtahan verəcək buraxılış imtahanında, amma elə deyil. Əgər baza dili ingilis dilidirsə, imtahan vermək istədiyi dil alman dilidirsə, mütləq alman dilini indi elektron ərizə qəbulunda seçməlidir. Yaxud da baza dili alman dilidirsə, ingilis dilindən imtahan verəcəksə, onu indi seçməlidir.

Abituriyent əgər əvvəlki ilin məzunudursa, elektron ərizə qəbulunda qeyd etməlidir ki, ötən ilki buraxılış imtahanı nəticəsini qüvvədə saxlayır, yoxsa yenidən imtahan vermək istəyir? Bu kimi amillərə diqqət yetirməlidirlər. Ümid edirəm ki, abituriyentlər diqqətli olarlar və səhvə yol verməzlər. Dövlət İmtahan Mərkəzinin bu istiqamətdə olan maarifləndirici paylaşımlarına və yaxud da təhsil ekspertləri, hansı ki, peşəkar mütəxəssislərdir, onların paylaşımlarına diqqət yetirib elektron ərizə qəbulunda səhvə yol verməsinlər".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
80
1
redaktor.az

2Mənbələr