AZ

Qarabağ a 4 qol vuran ulduz İngiltərədə klub dəyişdirir

ain.az, Fanat portalına istinadən məlumat verir.

"Liverpul" rəhbərliyi yay transfer pəncərəsində "Nyukasl Yunayted"in ulduz vingeri Antoni Qordonu heyətinə qatmaq üçün artıq hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, "qırmızılar" bu transfer üçün təxminən 95 milyon funt-sterlinq məbləğində rekord büdcə ayırıb və hazırda bu yarışda favorit hesab olunurlar.

24 yaşlı ingilis futbolçu, dünən gecə Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirilən matçda vurduğu 4 qolla bütün diqqətləri yenidən öz üzərinə çəkib. Bu möhtəşəm performansı ilə Alan Şirerin klub rekordunu qıran Qordon, eyni zamanda turnir tarixində bir matçın ilk hissəsində 4 qol vuran ilk britaniyalı oyunçu kimi tarixə düşüb.

"Liverpul"un baş məşqçisi Arne Slotun onu Məhəmməd Salahın uzunmüddətli xələfi kimi gördüyü və transferin reallaşması üçün şəxsən təzyiq göstərdiyi bildirilir.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
1
fanat.az

2Mənbələr