ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Quba rayonunda 35 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 27-də rayonun kəndlərindən birində baş verib. Quba rayon sakini, 1991-ci il təvəllüdlü İslam həmin gün, saat 15:00-da yaşadıqları evdə həyat yoldaşı Vüsalə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Vüsalənin üz nahiyəsindən yumruq ilə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Faktla bağlı İslamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən məhkəmə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.