AZ

Karma ilində heç nə gizli qalmadı, biz ayıldıq

ain.az, Axsham.az saytına istinadən bildirir.

"Yıxıla-yıxıla ayaq üstə qalırıq. Yıxıldığımız hadisələr bizim üçün dərsdir. Dərsini verirsənsə, bir pillədə qalxırsan. Həyatı öz hisslərimlə bu cür izah edirəm. Dünya böyük bir universitetdir, məktəbdir. Amma bunun adı həyat dərsidir. Burada elm yox, həyat dərsi keçirsən. Hər kəsin öz karması olduğu üçün öz proqramı var. Buna görə də həyata gələndə biz anamızı, atamızı, övladımızı, bizə pislik edən insanları əvvəlcədən seçirik. Əslində bizə pislik edənlərə minnətdar olmalıyıq. Çünki onlar bzim həyatımızda pis, mənfi və çətin bir obraz yaratmağa razılaşıblar. Bu, o qədər asan deyil. Alqışlanmalıdır".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova jurnalistlərə açıqlamasında deyib. Pop kraliça açıqlaması ilə diqqət çəkib.

Kazımova son günlər dünya mediasını zəbt edən hadisələrdən danışıb. Müğənni sevənlərini sağlam qidalanmaya səsləyib:

"Epşteyn hadisəsi haqda deyim. Karma ilində heç nə gizli qalmadı, hər şey açıldı. Qidamıza, övladlarımıza, ətrafmıza, dinlədiyimiz musiqilərə, mahnıların sözlərinə, baxdığımız filmlərə, getdiyimiz konsertə diqqət etməliyik. Ekranda nə verilir, bizə şüuraltı nə mesaj göndərilir bilməliyik. Süni yeməklərdən, içkilərdən, qazlı içkilərdən, şirniyyatlardan uşaqlarımızı qorumalıyıq".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
axsam.az

1Mənbələr