AZ

Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi

"Ofisait" mağazalarını idarə edən "İNCİ" şirkətlər qrupu, yazıçı-jurnalist, təbii üsullarla müalicə üzrə mütəxəssis, "Möcüzəsiz Möcüzə" kitabının müəllifi 92 yaşlı Ərşad Əzimzadəni işə qəbul edib.

Marja.az-ın məlumatına görə, bu barədə "İNCİ" şirkətlər qrupunun İdarə Heyətinin sədri Mikayıl Yusifov məlumat paylaşıb.

Paylaşımda Ərşad Əzimzadənin fikirləri yer alıb.

"Bu gün, 19 Fevral 2026-cı il tarixdə, 92 il yaşında olduğum bir vaxtda, çox faydalı işlərlə məşğul olan "İNCİ" şirkətinin prezidenti hörmətli Mikayıl Yusifov məni rəsmi olaraq işə dəvət etdi və xalqımıza, dövlətimizə, vətənimizə birlikdə fayda verməyi təklif etdi. Mən bu təklifi böyük sevinclə qarşıladım və yenidən əmək fəaliyyətinə başladım. İşlədiyim "İZƏ" nəşriyyatının gənc kollektivi məni dərin hörmətlə qarşıladı. Çalışacağam ki, bu etimadı layiqincə doğruldum. Mən yeni bir həyata başlayıram. Yer üzündə elə bir şirkət yoxdur ki, o, 92 yaşlı "qocanı" işə dəvət etsin. Bunu yalnız "İNCİ" şirkəti bacardı",- Ərşad Əzimzadə bildirirb.

 
 
 
 
 
Bu gönderiyi Instagram'da gör
 
 
 
 
 
 
 
 
 
 
 

Mikayil Yusifov (@yusifovmikayil)'in paylaştığı bir gönderi

İNCİ Şirkətlər Qrupu Ofisait mağazaları Ərşad Əzimzadə Mikayıl Yusifov Möcüzəsiz Möcüzə yazıçı-jurnalist təbii üsullarla müalicə 92 yaş işə qəbul İZƏ nəşriyyatı əmək fəaliyyətinə başlama korporativ sosial məsuliyyət Marja.az
Seçilən
46
2
marja.az

3Mənbələr