AZ

Azərbaycanın şirkətlər qrupu 92 yaşlı qocanı işə qəbul etdi

ain.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ofisait" mağazalarını idarə edən "İNCİ" şirkətlər qrupu, yazıçı-jurnalist, təbii üsullarla müalicə üzrə mütəxəssis, "Möcüzəsiz Möcüzə" kitabının müəllifi 92 yaşlı Ərşad Əzimzadəni işə qəbul edib.

Marja.az-ın məlumatına görə, bu barədə "İNCİ" şirkətlər qrupunun İdarə Heyətinin sədri Mikayıl Yusifov məlumat paylaşıb.

Paylaşımda Ərşad Əzimzadənin fikirləri yer alıb.

"Bu gün, 19 Fevral 2026-cı il tarixdə, 92 il yaşında olduğum bir vaxtda, çox faydalı işlərlə məşğul olan "İNCİ" şirkətinin prezidenti hörmətli Mikayıl Yusifov məni rəsmi olaraq işə dəvət etdi və xalqımıza, dövlətimizə, vətənimizə birlikdə fayda verməyi təklif etdi. Mən bu təklifi böyük sevinclə qarşıladım və yenidən əmək fəaliyyətinə başladım. İşlədiyim "İZƏ" nəşriyyatının gənc kollektivi məni dərin hörmətlə qarşıladı. Çalışacağam ki, bu etimadı layiqincə doğruldum. Mən yeni bir həyata başlayıram. Yer üzündə elə bir şirkət yoxdur ki, o, 92 yaşlı "qocanı" işə dəvət etsin. Bunu yalnız "İNCİ" şirkəti bacardı",- Ərşad Əzimzadə bildirirb.

İş elanları AzVak.az-da

Bu gönderiyi Instagram'da gör

Mikayil Yusifov (@yusifovmikayil)'in paylaştığı bir gönderi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
2
marja.az

3Mənbələr