AZ

“Real”dan UEFA-nın araşdırmasına dair açıqlama

“Real” klubu UEFA-nın Vinisius Juniorun irqçi təhqirlərlə bağlı iddialarına dair başladığı disiplin araşdırması ilə bağlı açıqlama yayıb.

İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqası pley-off matçında “Benfica” ilə qarşılaşmada (1:0) baş verən hadisələrlə bağlı klub UEFA-ya bütün mövcud sübutları təqdim edib.

“Real” UEFA ilə tam əməkdaşlıq etdiyini bildirir və Vinisiusun dünya futbol ictimaiyyətindən aldığı dəstəyi yüksək qiymətləndirir.

Klub həmçinin idman və cəmiyyətdə irqçilik, zorakılıq və nifrətin qarşısını almaq üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Seçilən
52
idmanxeber.az

1Mənbələr