AZ

Şənbə-bazar işləyənlər əlavə nə qədər pul almalıdır? - MƏBLƏĞ

Bakı. Trend:

Azərbaycanda iş günü hesab edilməyən bayram günlərində işçilərinişə cəlb olunmasına yalnız qanunvericilikdə nəzərdə tutulmuşmüstəsna hallarda yol verilir.

İqtisadçı-ekspert Allahverdi Aydın Trend-ə açıqlamasındaxatırladıb ki, bir sıra hallar istisna olmaqla iş günü hesabedilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işəcəlb olunması yolverilməzdir.

İş vaxtından artıq işlərə yol verilən müstəsnahallar

Belə ki, iş vaxtından artıq işlərə aşağıdakı müstəsnahallarda yol verilir:

  • dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbiifəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onlarınnəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olanən vacib işlərin görülməsinə;
  • su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə vədigər kommunal xidmət sahələrində işlərin, xidmətlərin pozulmasınasəbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaqüçün zəruri işlərin görülməsini təmin etmək üçün.

Yuxarıda nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsizistehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digərxidmət sahələri istisna olunmaqla istirahət, səsvermə, iş günühesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündəişçilərin işə cəlb olunması yolverilməzdir.

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayramgünləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqınınödənilməsi

Bu günlərdə görülən işə görə əməkhaqqı aşağıdakı kimiödənilir:

  • əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik (saatlıq) tarifmaaşının iki mislindən aşağı olmamaqla;
  • əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzdqiymətlərindən aşağı olmamaqla;
  • aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsindəgörülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşıməbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasındanartıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifəmaaşının ikiqat məbləğindən aşağı olmamaqla.

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri vəümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinəbaşqa istirahət günü verilə bilər.

Ekspert ayda 1 150 manat maaş alan şəxsə bu hallarda nəqədər əlavə ödəniş verilməsinə dair hesablama aparıb:

“Misal üçün deyək ki, Kamran adlı şəxs “ABC” MMC-də mühasibvəzifəsində çalışır və onun aylıq əmək haqqı 1 150manat təşkil edir. Kamran beş günlük iş həftəsi üzrə işlədiyi üçünşənbə və bazar günləri onun üçün iş günü hesab edilməyən istirahətgünləridir. Yanvarın 18-də – bazar günü şirkət rəhbərliyinin xahişiilə Kamran 4 saat iş görüb.

Kamrana istirahət günü görülən işə görə aşağıdakı məbləğdəödəniş ediləcək:

İstehsalat təqviminə əsasən, 2026-cı ilin yanvar ayında aylıq işvaxtı norması 151 saat təşkil edir. Belə olanhalda Kamranın saatlıq tarif maaşı 7,6 manat(1 150 / 151 =7,6) edir.

Kamran yanvarın 18-də – bazar günü 4 saat işgördüyü üçün ona aylıq əmək haqqından əlavə olaraq60,8 manat ((4 ×7,6) × 2 = 60,8)ödəniləcək.

Başqa bir nümunədə “ABC” MMC-də işləyən digər işçi Əhməd Kamrankimi vaxtamuzd ödəmə sisteminə əsasən deyil, işəmuzd ödəmə sistemiüzrə əmək haqqı alır.

Onda istirahət günündə gördüyü işə görə Əhmədə aşağıdakıqaydada ödəniş ediləcək.

Məsələn, Əhməd də Kamran kimi beş günlük iş həftəsi üzrəişlədiyi üçün şənbə və bazar günləri onun üçün iş günü hesabedilməyən istirahət günləridir. Əhməd karton qutular hazırlayır vəMMC hər qutuya görə Əhmədə 0,10 manat ödəyir.Yanvar ayının 18-də – bazar günü şirkət rəhbərliyinin xahişi iləƏhməd 4 saat iş görüb və bu zaman ümumilikdə100 qutu hazırlayıb.

İş günlərində Əhməd hazırladığı 100 qutuya görə10 manat (100 ×0,10 = 10) aldığı halda,istirahət günü iş gördüyü üçün ona 20 manat((100 × 0,10) ×2 = 20) əlavə ödənişediləcək”.

Seçilən
70
12
az.trend.az

10Mənbələr