AZ

Qeyri-iş günlərində işləyən işçi əlavə bu qədər pul almalıdır

Azərbaycanda iş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda yol verilir.

Publika.az xəbər verir ki, iqtisadçı-ekspert Allahverdi Aydın Trend-ə açıqlamasında xatırladıb ki, bir sıra hallar istisna olmaqla iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.

İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar

Belə ki, iş vaxtından artıq işlərə aşağıdakı müstəsna hallarda yol verilir:

dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;
su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal xidmət sahələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün.

Seçilən
83
1
publika.az

10Mənbələr