London, 19 fevral, AZƏRTAC
Böyük Britaniya Kralı III Çarlzın qardaşı, keçmiş şahzadə Endryu Mauntbetten Vindzor saxlanılıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Endryu dövlət vəzifəsində sui-istifadə şübhəsi ilə saxlanılıb. Onu hansı polis qurumunun saxladığı hələlik açıqlanmayıb. Lakin bu səhər Norfolkda, onun yaşadığı Sandrinqham House iqamətgahında nişansız polis avtomobillərinin göründüyü bildirilir.
Bu, keçmiş şahzadənin ilk dəfə rəsmi şəkildə saxlanılmasıdır. Britaniya kral ailəsinin üzvü Endryu Mauntbatten Vindsor pedofil Cefri Epşteynlə əlaqələri ilə bağlı qalmaqaldan sonra qalan kral titullarından da rəsmi şəkildə məhrum edilib. Endryu indiyədək bütün ittihamları qəti və ardıcıl şəkildə rədd edib.
“BBC News”un məlumatına əsasən, saxlanılma dövlət vəzifəsində mümkün qanunsuz hərəkətlərlə bağlı aparılan araşdırma çərçivəsində həyata keçirilib. Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London