AZ

Azərbaycana idxal olunan şaftalı və nektarin tingində Şarka virusu aşkarlanıb

BAKI, 19 fevral. TELEQRAF

Nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin və fiziki şəxs Əhmədov Elmin Cəlal oğlunun Türkiyədən idxal etdiyi tinglərdən Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.

Tinglərdə karantin tətbiq edilən Şarka virusu aşkarlanıb.

Faktla bağlı müvafiq qərar qəbul edilib, sahibkarların müraciətinə uyğun olaraq şaftalı və nektarin tingi məhsul partiyaları məhv edilib.

Qeyd edək ki, şarka virusu bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.

Seçilən
41
7
teleqraf.com

10Mənbələr