ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.
Qida Təhlükəsizliyi Agentliyindən AzVision.az -a verilən məlumata əsasən, nəzarət tədbirləri çərçivəsində "Agro Plant" MMC-nin və fiziki şəxs Əhmədov Elmin Cəlal oğlunun Türkiyədən idxal etdiyi tinglərdən nümunələr götürülərək müayinələrə cəlb olunub. Tinglərdə karantin tətbiq edilən Şarka virusu aşkarlanıb. Faktla bağlı müvafiq qərar qəbul edilib, sahibkarların müraciətinə uyğun olaraq şaftalı və nektarin tingi məhsul partiyaları məhv edilib. Şarka virusu bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır. AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.