AZ

İcraçı direktor: BTQ həm siyasi, həm iqtisadi, həm də elmi müstəvidə işlərini davam etdirir

Ölkələr arasında möhkəm və səmərəli əməkdaşlığın qurulmasında Virtual Muzey kimi rəqəmsal platformalar xüsusi əhəmiyyət daşıyır.
XQ xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bu gün keçirilən “Neokolonializm və Qlobal Bərabərsizlik” beynəlxalq konfransı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O vurğulayıb ki, “Tədqiqatçılar, elm xadimləri və ekspertlər bu cür elmi platformalardan mənbə kimi geniş istifadə edirlər və burada yeni əməkdaşlıqlar yaranır. Bizim virtual platformamız həm alimlər, həm BMT ekspertləri, həm də digər maraqlı tərəflər üçün rəqəmsal məlumat bazası funksiyasını daşıyacaq və eyni zamanda dekolonializasiya prosesinə elmi töhfəsini verəcək.”

Abbas Abbasov əlavə edib ki, BTQ yalnız siyasi sahədə deyil, həm də iqtisadi və elmi sahələrdə fəaliyyətini uğurla davam etdirir.

Nəzrin ELDARQIZI

XQ

Seçilən
38
1
xalqqazeti.az

2Mənbələr