AZ

Peskov Cenevrə danışıqlarının nəticələri ilə bağlı şərh verməkdən imtina edib

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin Rusiya, Ukrayna və ABŞ arasında keçirilən danışıqlara verdiyi qiymətə Kremlin əlavə edəcəyi heç bir yeni açıqlama yoxdur.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Kreml sözçüsü bildirib ki, biz detallara varmaq istəmirik və etməyəcəyik. Danışıqlar hazırda ictimaiyyət üçün açıq olmayan mərhələdədir.

Xatırladaq ki, danışıqlar Cenevrədə 17–18 fevral tarixlərində davam edib. Üç ölkənin nümayəndələri ərazi, enerji, humanitar və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Vladimir Medinski görüşləri "sərt, lakin işgüzar" adlandırıb. Ukrayna nümayəndə heyəti isə müzakirələrin gərgin keçdiyini, lakin tərəflərin müəyyən irəliləyiş əldə etdiyini vurğulayıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
26
missiya.az

1Mənbələr