ABŞ-ın İrana hücum hazırlıqlarından sonra İran hökuməti nüvə obyektlərini yenidən qurmaq üçün hərəkətə keçib.
Publika.az xəbər verir ki, İran mediası bununla bağlı peyk görüntüləri yayıb.
Görüntülərə əsasən, 2024-cü ildə İsrail tərəfindən bombalanan bəzi ərazilərdə təmir işləri sürətlənib.
Bununla yanaşı, İran ötən il İsraillə 12 günlük müharibə zamanı ABŞ-ın vurduğu nüvə obyektinin tunel girişlərini basdırıb, başqa bir obyektin yaxınlığındakı tunel girişlərini gücləndirib və münaqişədə hədəf alınan raket bazalarını təmir edib.