AZ

İnternatlarda nöqsanlar aşkarlandı - Hamam yararsızdır, tualetlər çatışmır…

Sumqayıt şəhəri internat tipli gimnaziyaya və Sumqayıt şəhər general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada nöqsanlar aşkar edilib.

Ekologiya.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhər internat tipli gimnaziyanın yataqxana korpusunun bir hissəsi əvvəlki dövrlərdə müxtəlif sosial ehtiyaclarla əlaqədar istifadə olunub və binanın yalnız məhdud hissəsi şagirdlərin istifadəsinə ayrılıb. Bundan əlavə, yataqxana korpusunda hamam otağı nəzərdə tutulmasına baxmayaraq, həmin otağın istifadəyə yararsız vəziyyətdə olması, əsas tədris korpusunda sanitar qovşaqların çatışmazlığı müşahidə olunub. 

Seçilən
53
2
ekologiya.az

10Mənbələr