BAKI, 19 fevral. TELEQRAF
CƏLİLABAD, 19 fevral. TELEQRAF
Birinci Qarabağ müharibəsində 1992-ci ildə Ağdərə istiqamətində itkin düşmüş Mahir Abuzər oğlu Quliyevin nəşinin qalıqları Cəlilabad rayonunda torpağa tapşırılıb.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, cəsədin qalıqları ilə bağlı aparılan identifikasiya prosesindən sonra ailəsinə təhvil verilib.
Vida və dəfn mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid yaylım atəşi altında dəfn olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, üçrəngli Dövlət Bayrağı isə ailəsinə təqdim edilib.