ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
Fevralın 18-də Ermənistanda Çikunqunya qızdırması hadisəsi qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilir ki, xəstə virusa ağcaqanad sancmasından yoluxub. Hazırda xəstənin sağlamlıq vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir:
“Xəstəliyin gizli dövrü 2-12 gündür, əsas simptomları qızdırma, şiddətli oynaq ağrısı, əzələ ağrısı, dəri səpgisi, halsızlıqdır. İnfeksiya ağcaqanad sancması yolu ilə ötürülür, insandan insana keçmir və spesifik müalicəsi də yoxdur. İnfeksiyaya qarşı peyvənd geniş istifadə olunmayıb. Xroniki xəstəlikləri olan insanlar və yaşlılar, eləcə də hamilə qadınlar risk qrupları hesab olunurlar.
Ölüm nisbətləri nadirdir və yoluxanların təxminən 0,1 faizini təşkil edir (əsasən yaşlılar və xroniki xəstəlikləri olan insanlar).
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.