AZ

“ABŞ Bakının köməyi ilə Kremlin Ermənistandakı təsirini azaltmaq niyyətindədir”

Rusiya Xəzər bölgəsində ABŞ və Türkiyənin təsirinə mane ola bilər.

"Yeni Sabah" xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələri Aspirantura Məktəbinin professoru Brenda Şaffer Atlantik Şurasında bildirib.

"İyun ayında Ermənistanda seçkilər, eləcə də Ermənistanın Qarabağdan imtina etməsini tanıyan konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcək. Bu məsələlər həll olunana qədər Rusiya əhəmiyyətli təsir gücünə malikdir. Rusiyanın Ermənistanda iki hərbi bazası var. Rusiya Ermənistanın hava məkanına və nüvə elektrik stansiyası da daxil olmaqla bütün strateji infrastrukturuna nəzarət edir", - Şaffer deyib.

Bunun qarşısını almaq üçün ABŞ Azərbaycandan Ermənistana elektrik enerjisi və neft məhsullarının tədarükünü asanlaşdırmaq niyyətindədir.

"Ermənistanın Rusiyadan asılılığını azaltmaq və internet vasitəsilə yayılan Rusiyanın təsirini azaltmaq üçün fiber-optik kabellərin çəkilməsi barədə danışırıq", - Şaffer qeyd edib.


Telegram kanalımız
Seçilən
18
2
yenisabah.az

3Mənbələr