AZ

Macarıstan Ukraynaya qaz və elektrik enerjisinin tədarükükünü dayandıra bilər

BAKI, 19 fevral. TELEQRAF

Macarıstan hökuməti Kiyevin “Drujba” neft kəməri ilə Rusiya neftinin tranzitini bloklamasına cavab olaraq Ukraynaya qaz və elektrik enerjisinin nəqlini dayandırmağı nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlər açıqlamasında Macarıstanın Baş nazirinin ofis rəhbəri Gergeli Gulyas məlumat verib.

O Ukrayna hakimiyyətinin addımlarını qəbuledilməz adlandırıb.

Gulyas xatırladıb ki, fevralın 18-də Macarıstan hökuməti “Drujba” kəməri ilə neftin nəqli bərpa olunana qədər Ukraynaya dizel yanacağı tədarük etməyəcəyini bəyan edib.

Seçilən
59
teleqraf.com

1Mənbələr