AZ

Ötən il Azərbaycandan Yunanıstana ixrac olunan təbii qazın ümumi dəyəri artıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan Yunanıstana 461,2 milyon ABŞ dollarıdəyərində 910,5 milyon kubmetr təbii qaz ixrac olunub.

Trend bu barədəAzərbaycanın Dövlət Statistika Komitəsinə istinadən məlumatverir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricidəyər ifadəsində 63,7 milyon ABŞ dolları və ya 16 faiz çoxdur, həcmbaxımından isə 16,6 milyon kubmetr və ya 1,8 faiz azdır.

2024-cü ildə Azərbaycandan Yunanıstana 927,1 milyon kubmetrtəbii qaz ixrac olunub, ixracın ümumi dəyəri 397,5 milyon ABŞdolları təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan ümumi dəyəri 8,821milyard ABŞ dolları olan 25,187 milyard kubmetr həcmində təbii qazixrac edilib. Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində414,5 milyon ABŞ dolları və ya 4,9% çox, həcm baxımından isə 584,9milyon kubmetr və ya 2,3% az olub.

Seçilən
31
az.trend.az

1Mənbələr