AZ

13 ştat Tramp administrasiyasını məhkəməyə verdi

ABŞ-də Kaliforniya başda olmaqla, 13 ştat Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb. 

Buna səbəb təmiz enerji layihələri üçün ayrılmış 1,2 milyard dollarlıq qrantların ləğv edilməsidir.

"Cebheinfo.az" xəbər verir ki, Kaliforniya Qubernatorluğu bununla bağlı yazılı açıqlama yayıb. Bildirilib ki, Trampın 1,2 milyard dollarlıq qrantları ləğv etməsi “qanunsuzdur”, bu addım 200 mindən çox insanın məşğulluq imkanlarını təhlükə altına alır və hər il səhiyyə xərclərinə təxminən 3 milyard dollar qənaət etməyə imkan verəcək layihələri zərbə altına qoyur.

İddia ərizəsində qeyd olunur ki, Konqresdə çoxluğun təsdiqlədiyi bərpaolunan təmiz hidrogen enerji sistemləri layihəsi üçün nəzərdə tutulmuş 1,2 milyard dollarlıq federal qrantın, eləcə də başqa bir proqram üçün ayrılmış 4 milyon dollarlıq vəsaitin ləğvi Konstitusiyada təsbit olunan hakimiyyət bölgüsü prinsipini pozur.

Məhkəmə müraciətini imzalayan ştatlar arasında Kolorado, Konnektikut, İllinois, Maryland, Massaçusets, Nyu Cersi, Nyu York, Oregon,  Vermont, Vashington və Viskonsin da var.

Seçilən
28
1
cebheinfo.az

2Mənbələr