AZ

“Sülh Şurası vasitəsilə Qəzza üçün böyük maliyyə dəstəyi təmin ediləcək”

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Ağ Ev sahibi təşkilata üzv dövlətlər vasitəsilə Qəzzanın yenidənqurma çalışmalarına və humanitar yardımlara 5 milyard dollardan çox vəsait toplamağı planlaşdırır”.

Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.

“BMT-də olduğu kimi Sülh Şurasının daimi üzvlərinin də veto hüququ olacaq. Qəzzanın yenidən qurulması üçün 1 milyard dollar ödəməyən dövlətlər 3 il ərzində təşkilatda qeyri-daimi üzv statusuna malik olacaqlar. Maraqlıdır ki, ABŞ xaricində BMT-nin digər daimi üzvləri – Rusiya, Çin, Fransa və Böyük Britaniya Sülh Şurasında təmsil olunmayıblar. Almaniya və Hindistan da yeni təşkilatlda yoxdurlar. Buna baxmayaraq, Avropa İttifaqının nümayəndəsi Vaşinqton toplantısında iştirak edəcək. Çünki, Tramp toplantıya qatılmayanları Qəzzanın yenidənqurulmasında iştirakına imkan verməyəcəyi ilə hədələyib. Avropa İttifası isə Qəzzanın yenidənqurulmasında iştirak etmək istəyir. Bu iştirak Avropa İttifaqına Yaxın Şərqdə mövqelərini qorumağa imkan verir.

Fransa Prezidenti Emmanuel Makron yeni təşkilata ən sərt münasibət bildirənlərdəndir. “Fransa çoxtərəfli nizamı pozan və təhlükəsizliyi sövdələşmə predmetinə çevirən strukturlarda iştirak etməyəcək. Biz qapalı klublara deyil, BMT-nin legitimliyinə inanırıq” – deyən Makron Vaşinqtonun əvəzinə Dehliyə səfər edib. Makron Dehlidə süni intellekt sammitində iştirak edib. Qlobal Cənubda keçirilən ilk süni intellekt toplantısına 20-dən çox dövlət başçısı, 60 nazir və 500 qlobal süni intellekt lideri qatılıb. Fransa Prezidentinin sammitdə iştirakla yanaşı Hindistanın baş naziri Narendra Modi ilə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi mövzularını da müzakirə edib. Fransa Hindistana qırıcı təyyarələr satmaq istəyir. Söhbət 35 milyard dollar dəyərində 114 ədəd “Rafale” qırıcı təyyarəsinin Hindistana satılması perspektivindən gedir. Bu Hindistan tarixində ən böyük müdafiə müqaviləsi adlandırılıb. Ancaq tərəflər hələ qiymət məsələsində razılığa gəlməlidirlər. Çin və Pakistanla münasibətlərdə gərginlik yaşayan Hindistan dünyanın ən böyük silah idxalçılarından sayılır. Bu mənada Hindistanın hava qüvvələrinin modern təyyarələrə ehtiyacı var. Makron Hindistanın qlobal innovasiya və idarəetmə sahəsində artan roluna da diqqət çəkib. O buna missal olaraq dünyanın aparıcı texnologiya şirkətlərinə hindistanlı rəhbərlər başçılıq etdiyini göstərib.

Beləliklə, Vaşinqtonda Sülh Şurasının gələcək planları müzakirə edilərkən və ABŞ bu yolla ətrafında strateji tərəfdaş qrupu formalaşdırarkən, Paris Dehli ilə strateji əlaqələri gücləndirməyə qərar verib. Paris Dehli ilə ittifaq çərçivəsində Hind–Sakit okean strategiyasını gücləndirməyə çalışır”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda öz adını daşıyan Sülh İnstitutunda Sülh Şurasının iclasına ev sahibliyi edəcək. Sülh Şurası bu il yanvar ayında Davosda keçirilən iqtisadi forum çərçivəsində təsis olunub. Dəvət olunanlar arasında Azərbaycan Prezidenti İlham Əliyev də yer alıb.

Banu

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
3
icma.az

5Mənbələr