AZ

Elgün Hüseynov "Kəpəz"in qonağı oldu - FOTOLAR

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov "Kəpəz" klubunun Futbol Akademiyasının qonağı olub.

Fanat.Az xəbər verir ki, məlumatı "Kəpəz"in mətbuat xidməti yayıb.

Məlumata görə, səfər çərçivəsində idarə rəisi klubun infrastruktur rəhbəri Ruslan Məmmədovla birgə əsas komandanın üzvləri ilə görüş keçirib. Görüş zamanı futbolçularla səmimi söhbət aparılıb, onların hazırlıq prosesi və qarşıdakı hədəflər barədə fikir mübadiləsi edilib.

“Sarı-göylər”ə uğurlar arzulayan Elşən Hüseynov Gəncə idman ictimaiyyətinin daim “Kəpəz”in yanında olduğunu vurğulayıb. O, klubun şəhərin idman ənənələrinin davamçısı olduğunu bildirərək, komandaya inandığını və qarşıdakı oyunlarda uğurlu nəticələr qazanacağına əminliyini ifadə edib.

Görüşdən sonra qonaqlar Akademiyanın infrastrukturu ilə yaxından tanış olub, U-19 komandasının məşq prosesini izləyiblər. Gənc futbolçuların hazırlıq səviyyəsi və məşq prosesinə göstərilən yanaşma yüksək qiymətləndirilib.

Seçilən
53
8
fanat.az

9Mənbələr