AZ

Şagirdlər Hərbi Prokurorluqdakı Soyqırımı Memorial Muzeyini ziyarət edib

Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Parlamentin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs qrupunun üzvü Səbinə Salmanova Sumqayıt şəhərinin 1, 11, 16 və 18 nömrəli məktəblərinin şagirdləri ilə birlikdə Hərbi Prokurorluqdakı Soyqırımı Memorial Muzeyini ziyarət edib.

Onlara Xocalı soyqırımı zamanı dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla divan tutulması, Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfərin xüsusi amansızlıqla öldürülməsi, 487 nəfər dinc sakinin ağır yaralanması, 1 275 nəfərin girov götürülməsi və hadisələrin necə cərəyan etməsi barədə geniş məlumat verilib.

Qonaqlar muzeydəki eksponatlarla tanış olaraq hadisələrin necə cərəyan etməsi barədə geniş məlumat alıblar.

Seçilən
58
9
anews.az

10Mənbələr