AZ

Direktor: DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 920 dən çox həssas kateqoriyaya aid şəxsə xidmət göstərilib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Xəbərin mətni

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub. Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu məkan bu gün Cənubi Qafqazın ən böyük inklüziv yaradıcılıq mərkəzlərindən biridir. Fəaliyyət göstərdiyimiz müddətdə 920-dən çox həssas kateqoriyaya aid şəxsə xidmət göstərmişik. Onların 700-dən çoxu əlilliyi olan şəxslərdir, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və onların ailə üzvləridir. Eyni zamanda, şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum uşaqlar və aztəminatlı ailələrdən olan şəxslər də xidmətlərimizdən yararlanırlar. Bunu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan “İnklüziv Karyera Forumu”nda çıxışı zamanı deyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
88
1
icma.az

2Mənbələr